Gürcüstanın Kaxeti rayonunda silahlı şəxs banka hücum edərək içəridəki şəxsləri girov götürüb.
REYD yerli mətbuata istinadən xəbər verir ki, silahlı şəxs rayonun Kvareli qəsəbəsində yerləşən Gürcüstan Bankı filialına basqın edərək, 12 nəfər olmaqla, bank işçilərini və müştərilərini girov götürüb. Onun əlində qumbara olduğu bildirilir.Gürcüstan Daxili İşlər Nazirliyinin banka hücumla bağlı yaydığı məlumatda bildirilib ki, basqınla əlaqədar məlumatın daxil olmasından dərhal sonra qurumun əməkdaşları hadisə yerinə səfərbər ediliblər. Qeyd olunub ki, polis ərazini mühasirəyə alıb, bütün təcili və təxirəsalınmaz tədbirləri görür.
Nazirlik hadisə ilə bağlı araşdırmalara və operativ istintaq tədbirlərinə başlanıldığını qeyd edib.