Günəşdə güclü alışma baş verib

Gündəm

10 Yanvar 2023 | 15:39

1441 dəfə oxunub

Hazırda Günəşin görünən səthində mürəkkəb maqnit strukturuna malik 6 fəal törəmə – ləkə qrupu müşahidə olunur.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından REYD-ə verilən məlumata görə, müşahidə edilən Günəş ləkələrindən 3184 nömrəli törəmə Günəş fəallığının 25-ci tsiklinin başlanğıcından indiyədək müşahidə olunan ikinci ən güclü alışmaya səbəb olub.

X1.98 sinfindən olan bu alışmanın maksimum gücü Bakı vaxtı ilə 9 yanvar saat 22.50-də qeydə alınıb. 3181 və 3182 nömrəli digər iki ləkə qrupu isə nisbətən zəif M sinfindən olan alışma yaratma potensialına malikdir.

Koronoqraf təsvirlərində tac kütlə atılmalarının müşahidə olunmamasına, fəal oblastlarda dissipasiya prosesinin getməsinə baxmayaraq, Yerdə maqnit qasırğası təhlükəsini proqnozlaşdırmaq hazırda çətindir. Bu istiqamətdə müvafiq ölçmələr davam etdirilir, fəal proseslərin geoeffektivliyi izlənilir.

 



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023