Güclü qaz sızması səbəbindən Zərdabda qaz təchizatı müvəqqəti dayandırılıb

Gündəm

21 Oktyabr 2021 | 16:03

2371 dəfə oxunub

Zərdab rayonunun qaz təchizatı müvəqqəti dayandırılıb.

Bu barədə  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

"Qaz İxrac” İdarəsi tərəfindən verilən məlumata əsasən, traktor “Ucar-Zərdab” yüksək təzyiqli magistral qaz kəmərini zədələyib.

Bildirilir ki, yaranmış güclü qaz sızması səbəbindən bu gün saat 13:00-dan işlər başa çatanadək Zərdab rayonunun (tam olaraq şəhər daxil olmaqla 1 qəsəbə, 34 kəndində) qaz təchizatı dayandırılıb.

“Azəriqaz” müvəqqəti narahatçılığa görə abonentlərdən üzr istəyir.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023