Göygöl Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəfat edib

ÖLKƏ

14 Iyun 2022 | 16:41

2532 dəfə oxunub

“Göygöl Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktor müavini, baş həkim Eldar Muradov bu gün vəfat edib.

Bu barədə TƏBİB-dən xəbər verilib:"TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov və TƏBİB-in kollektivi Eldar Muradovun vəfatından kədərləndiklərini bildirir, mərhumun ailə və yaxınlarına dərin hüznlə başsağlığı verirlər" - məlumatda bildirilib.

Qeyd edək ki, Eldar Muradov 3 may 1957-ci ildə anadan olub. 1982-1983-cü illərdə Göygöl Rayon Mərkəzi Xəstəxanasında, 1983-1994-cü illərdə rayonun Balçılı kənd xəstəxanasında həkim-pediatr, 1994-cü ildən etibarən isə Göygöl Rayon Mərkəzi Xəstəxanasında baş həkimin müavini vəzifəsində çalışıb.

1988-ci ildə Moskva şəhərində Həkimlərin Ümumittifaq Qurultayının, 1997-ci ildə Bakı şəhərində Türk Dövlətləri Pediatrların Qurultayının iştirakçısı olub. 2002-ci ildə poliomielit xəstəliyinin ölkədə ləğv edilməsi ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının gümüş medalı ilə təltif edilib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023