Göyçayda 11-ci sinif şagirdi olan nişanlı qız zəhərlənərək ölüb

HADİSƏ

18 Yanvar 2022 | 16:40

2850 dəfə oxunub

Göyçay rayonunda zəhərlənən məktəbli ölüb.

REYD-in xəbərinə görə, hadisə rayonun Şıxəmir kəndində qeydə alınıb. Kənd sakini, 2005-ci il təvəllüdlü İsmayılova Aysun Habil qızı yaşadığı evdə zəhərlənib. Onun maye qazın otağa dolması nəticəsində zəhərləndiyi ehtimal olunur. Hadisə zamanı ailə üzvləri evdə olmayıb. Atası Habil İsmayılov evə qayıdarkən qızın halının pis olduğunu görüb, onu dərhal Göyçay rayon Mərkəzi Xəstəxanasına aparıb. Vəziyyəti ağırlaşan Aysun İsmayılova müalicə üçün təcili olaraq Bakıdakı Respublika Toksikoloji Mərkəzinə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, Aysun İsmayılova dünyasını dəyişib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023