Goranboyda minaya düşən gəncin son durumu açıqlanıb

HADİSƏ

19 Yanvar 2022 | 13:59

2966 dəfə oxunub

Goranboyun Tap Qaraqoyunlu kəndində, İncəçayı keçən zaman minaya düşən Vüqar Maqsud oğlu Məmmədovun son durumu açıqlanıb.

Goranboy Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, minaya düşən V.Məmmədovun səhhəti hazırda stabildir:

"26 yaşlı Vüqar Məmmədovun müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir. Onun həyatı üçün hər hansı təhlükə yoxdur".

Məlumat üçün bildirək ki, yanvarın 18-də minaya düşən V.Məmmədovun sol ayağı dizdən amputasiya edilib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023