Gəncədə keçmiş məhkumdan 25 kq narkotik götürülüb

CƏMİYYƏT

13 Yanvar 2022 | 14:57

2932 dəfə oxunub

Gəncədə küllü miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş E.İsmayılov saxlanılıb

REYD-in məlumatına görə, şəxsi axtarış zamanı onda marixuana aşkar edilib. Davam etdirilən tədbirlər nəticəsində ona narkotik vasitəni satmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş E.Namazov da saxlanılıb. Şəxsi axtarış zamanı ondan 85 qramdan artıq marixuana, yaşadığı evdən isə 24 kiloqram 930 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma davam etdirilir.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023