Gəncədə evdə qaz sızmasından partlayış olub, 86 yaşlı kişi xəsarət alıb

HADİSƏ

30 Noyabr 2021 | 14:55

2518 dəfə oxunub

Gəncədə evdə qaz sızmasından partlayış olub.

REYD-in məlumatına görə, hadisə şəhərin “Qırmızı qəsəbə” adlanan ərazisində, yaşayış evlərindən birində qeydə alınıb. Evdə olan 1935-ci il təvəllüdlü Musayev Həsən Xıdır oğlu bədənin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, 86 yaşlı kişi yaşadığı evdə qaz sızması nəticəsində baş verən partlayış zamanı yanıq xəsarəti alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

 

 



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023