Gəncədə avtoxuliqanlıq edən şəxslər saxlanılıb

HADİSƏ

22 Iyun 2022 | 15:10

195 dəfə oxunub

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə monitorinq keçirən zaman saxta dövlət qeydiyyat nömrə nişanı ilə idarə edilən “Chevrolet” markalı avtomobilin sürücüsü polis əməkdaşının qanuni tələbinə tabe olmayıb.

REYD-in məlumatına görə, hadisə yerindən yayınan Sahib Hüseynov saxlanılıb, barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o 15 sutka müddətinə inzibati qaydada həbs edilib.Bundan başqa monitorinq zamanı “VAZ” markalı avtomobili dövlət qeydiyyat nişanı olmadan və konstruksiya dəyişikliyi edərək şəhər ərazisində avtoxuliqanlıq edən Səlim Əmirov da saxlanılıb və məhkəmənin qərarı ilə inzibati qaydada həbse dilib.

Davam etdirilən tədbirlər nəticəsində daha bir “VAZ” markalı avtomobilin sürücüsünün qanunla qadağan edilməsinə baxmayaraq çoxavazlı səs siqnalından istifadə etməsi məlum olub. Məhkəmənin qərarı ilə səs siqnalı müsadirə edilib, sürücü isə 500 manat miqdarında cərimə edilib.



SON XƏBƏRLƏR

27 Iyun 2022
25 Iyun 2022
24 Iyun 2022
23 Iyun 2022
22 Iyun 2022
21 Iyun 2022
20 Iyun 2022
17 Iyun 2022
15 Iyun 2022
14 Iyun 2022