Füzuli teatrı Mədəniyyət Nazirliyinin 4.4 Qısa Tamaşalar Festivalında iştirak edib

MƏDƏNİYYƏT

27 Noyabr 2022 | 18:27

1708 dəfə oxunub

Füzuli Dövlət Dram Teatrı Mədəniyyət Nazirliyinin 4.4 Qısa Tamaşalar Festivalında Abdulla Elşadlının "Tənhalığın evi" tamaşası ilə çıxış edib.

REYD xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanzadə, rejissor köməkçisi Günel Hacıyevadır.

Tamaşa bir neçə qocanın düşdüyü psixoloji durumdan və daxili sarsıntılardan bəhs edir. Əsas rolları Sehran Xanlarov, Sevinc Məmmədova, Əli Hüseynov, Şəlalə Nəsirova, İntizar Quliyeva, Asif Şirinov, Qaçaq Qarayev, Emin Abışov, Elçin Məmmədov, Vüsal Həsənov, Vüqar Babayev, Zamin Quliyev, Gülgəz Soltanova ifa edir.

Sonda tamaşa münsiflər heyəti və tamaşaçılar tərəfindən alqışlanıb, yaradıcı heyətə gül dəstəsi və hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023