Finlandiyada COVID-19 peyvəndi körpə və uşaqlar üzərində sınaqdan keçiriləcək

DÜNYA

13 Sentyabr 2021 | 09:04

2137 dəfə oxunub

Finlandiyanın Tampere Universitetinin Vaksinlərin öyrənilməsi Mərkəzi koronavirus vaksininin yoxlanılması üçün 6 aydan 12 yaşa qədər körpə, uşaq və yeniyetmələrin yığımını həyata keçirir.

REYD xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı elmi layihə “Pfizer” şirkəti tərəfindən hazırlanaraq maliyyələşdirilir. Layihə Finlandiyadan başqa həmçinin İspaniyada, Polşada və ABŞ-da da həyata keçirilir.

Tədqiqatda iştiraka 12 yaşa qədər sağlam uşaqlarla yanaşı, vaksinlərə qarşı allergik reaksiyası olmayan yeniyetmələr də buraxılırlar.

Qeyd edilir ki, sınaq üçün iki və yuxarı yaş qrupları üzrə körpələr seçilib və indi 6-24 aylıq körpələr, ümumilikdə 1 250 nəfər axtarılır.

Tədqiqatdan sonra preparatın tətbiqi Avropa Birliyinin nizamlayıcı orqanı – Avropa Dərman Vasitələri Agentliyi tərəfindən bəyənilməlidir. Bundan sonra gələn ilin əvvəlindən peyvəndin kütləvi istifadəsinə başlanıla bilər.

Finlandiyada hələ avqustda 12 yaşdan yuxarı yeniyetmələrin koronavirusdan vaksin edilməsinə başlanılıb.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023