Filippində hərbi təyyarə qəzaya uğrayıb, pilotların taleyindən xəbər yoxdur

DÜNYA

25 Yanvar 2023 | 10:30

308 dəfə oxunub

Filippin Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi yanvarın 25-də Batan əyalətində qəzaya uğrayıb.

REYD xəbər verir ki, məlumatı ölkənin Hərbi Hava Qüvvələrinin təmsilçisi “Manila Bulletin” qəzetinə deyib.

Bildirilib ki, hadisə əyalətin Pilara rayonunda baş verib. Qeyd edilib ki, təyyarənin göyərtəsində iki pilot olub. Onların sağ qalıb-qalmaması barədə məlumat yoxdur.

Qəza ilə bağlı araşdırma aparılır.



SON XƏBƏRLƏR

25 Mart 2023
24 Mart 2023
23 Mart 2023
22 Mart 2023
21 Mart 2023