Filippində gəmi yanğınında 7 nəfər həlak olub

DÜNYA

23 May 2022 | 08:40

2279 dəfə oxunub

Filippin sahillərində gəmidə baş verən yanğın nəticəsində azı 7 nəfər həlak olub.

REYD-in xəbərinə görə, bu barədə ölkənin sahil mühafizə xidməti məlumat verib.Qeyd olunur ki, Polilo adasından Luson adasına yola düşən gəminin göyərtəsində 124 sərnişin və 10 heyət üzvü olub. Xilasedicilər yanan gəmidən 120 nəfəri xilas edə bilib. Onlardan 23-ü xəstəxanaya yerləşdirilib. İtkin düşən 7 nəfərin axtarışları davam edir.

Yanğın gəminin sahilə çatmasına 1 km qalmış baş verib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023