FHN: Ötən sutka 98 yanğına çıxış olub

ÖLKƏ

20 Iyul 2022 | 11:13

2502 dəfə oxunub

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Nazirlikdən verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 98 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 8 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib. Həmçinin, Abşeron rayonunun Fatmayı kəndində, dənizdə nəzarətsiz ərazidə batan 1 nəfərin meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində, dənizdə nəzarətsiz ərazidə batması ehtimal olunan 1 nəfərin axtarışına dalğıc-axtarış qrupu cəlb olunub.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023