FHN: Naxçıvanda 50-dən çox evdə suçəkmə işləri aparılıb

ÖLKƏ

24 May 2023 | 10:17

992 dəfə oxunub

Xəbər verildiyi kimi, Naxçıvan şəhəri və Babək rayonu ərazisində yağan intensiv yağışlar səbəbindən bəzi fərdi ev, bina və həyətyanı sahələrin subasmaya məruz qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri əraziyə cəlb olunub.

Bu barədə nazirlikdən bildirilib.

Qeyd edilib ki, görülmüş işlər nəticəsində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

Belə ki, Naxçıvan şəhəri və Babək rayonunda ümumilikdə 50-dən artıq yaşayış evi və 10-a yaxın obyektdə suçəkmə işləri aparılıb.

Qeyd edək ki, suçəkmə işlərinə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin ümumilikdə 223 nəfərdən ibarət şəxsi heyəti, 16 texnika, 15 motopompa və 6 nasos cəlb olunub.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023