FHN Lənkəranda müşavirə keçirib

CƏMİYYƏT

28 Aprel 2022 | 15:44

2889 dəfə oxunub

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə işinin təşkili Baş idarəsi və Cənub Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Cənub Regional Mərkəzində “Mülki müdafiənin mövcud vəziyyəti, problemlər və qarşılıqlı fəaliyyət“ mövzusunda müşavirə keçirilib.

FHN-dən REYD-ə verilən xəbərə görə, tədbirdə FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov, FHN-in Cənub Regional Mərkəzinin rəisi polkovnik-leytenant Müsəddiq Əsədov, Cənub Regonal Mərkəzinin xidməti ərazisində fəaliyyət göstərən Lənkəran, Astara, Masallı, Lerik, Cəlilabad və Yardımlı rayonlarının fövqəladə hallar komissiyalarının sədrləri iştirak ediblər.

Müşavirənin keçirilməsində əsas məqsəd region ərazisində mülki müdafiə sahəsində mövcud vəziyyətin təhlil edilməsi, bu sahədəki problem və çatışmazlıqların aradan qaldırılması yollarının müzakirəsi, habelə mülki müdafiə işinin təşkilinin gücləndirilməsi, fövqəladə hadisələrdən qorunma sahəsində əhalinin hazırlanması, bu sahədə maarifləndirmə işinin gücləndirilməsi və mülki müdafiə dəstələrinin daimi hazırlığının təmin edilməsinə diqqətin artırılması olub.

Müşavirədə çıxış edən Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov mülki müdafiə məsələlərinin əhəmiyyətini qeyd edib, ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən əhali və ərazilərin təhlükəsizliyinin etibarlı şəkildə təmin olunduğunu vurğulayıb. Bununla belə, mülki müdafiə sahəsində aidiyyəti qurumlar, o cümlədən mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar tərəfindən əsas diqqətin mülki müdafiə tədbirlərinin planlaşdırılmasına, mülki müdafiə tədbirlərinin vaxtında və keyfiyyətli icra olunmasına, əhalinin mülki müdafiə sahəsində maarifləndirmə işinin gücləndirilməsinə, rabitə xəbardarlıq sisteminin və mühəndis mühafizə qurğularının daim hazır vəziyyətdə saxlanılmasına, təlim və məşqlərin planlaşdırılmasının və icrasının təmin edilməsinə, mülki müdafiə qərargahlarının fəaliyyətinin gücləndirilməsinə, eləcə də qarşılıqlı fəaliyyətin təşkili işinin daha da təkmilləşdirilməsi məsələlərinə yönləndirilməsinin əhəmiyyəti bildirilib.

FHN-in Cənub Regional Mərkəzinin rəisi polkovnik-leytenant Müsəddiq Əsədov öz çıxışında mərkəzin əhatə etdiyi rayonlarda mülki müdafiə sahəsində mövcud vəziyyət, bu sahədəki problem və çatışmazlıqlar, fövqəladə hadisələrdən qorunma sahəsində əhalinin hazırlanması və maarifləndirmə məsələləri, yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili, eləcə də mülki müdafiənin digər aidiyyəti məsələləri barədə çıxış edib.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətlərinin fövqəladə hallar komissiyalarının sədrləri mülki müdafiə işinin təşkil olunması ilə bağlı görülmüş işlər, bu sahədə mövcud çatışmazlıqlar və onların həlli yolları barədə fikirlərini bildiriblər.

Müşavirədə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023