Fermerlərə regionlarda ödənişsiz təlimlər keçiriləcək
 

CƏMİYYƏT

21 Fevral 2022 | 15:43

3443 dəfə oxunub

Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən regionları əhatə etməklə “Payızlıq əkinlərində dənli taxıl bitkilərinin  becərilməsi” mövzusunda Şəki, Tərtər, Qobustan, Ağstafa, Kürdəmir və Cəlilabad rayonlarında fermerlər üçün  ödənişsiz təlimlərin keçirilməsi nəzərdə tutulub.

Pressa xəbər verir ki, təlim mövzuları 3 istiqamətdə müəyyənləşdirilib: 

1. Becərmə; 

2. Bitki mühafizəsi;

3. Gübrələmə və meliorativ tədbirlər.

Fermerlər iştirak etmələri üçün [email protected] ünvanına və 055-607-83-14 (Whatsapp) nömrəsinə müraciət etməklə qeydiyyatdan keçməlidirlər. Təlimlər fermerlər qeydiyyatdan keçdikdən sonra onların müraciətlərinə uyğun olaraq keçiriləcək.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023