“Fənərbaxça”nın prezidenti yeni baş məşqçi üçün Avropaya yollanır

İDMAN

12 Yanvar 2022 | 11:41

2856 dəfə oxunub

“Fənərbaxça”nın prezidenti Ali Koç Avropa ölkələrinə səfərə çıxır.

Apasport.az saytının məlumatına görə, məqsəd baş məşqçi postuna namizədlərlə görüşməkdir.İlk olaraq Almaniyaya yollanacaq prezident baş məşqçi postuna gətirmək istədiyi Yoahim Lövlə bir araya gələcək. Əgər almaniyalı mütəxəssislə ortaq məxrəcə gəlmək mümkün olmasa, B vatiantı olaraq xorvatiyalı Slaven Biliç və portuqaliyalı Xorxe Xesusla görüş təşkil ediləcək. Hər üç mütəxəssis hazırda işsizdir.

Qeyd edək ki, Super Liqanın XVII turunda “Beşiktaş”la oyundan sonra baş məşqçi Vitor Pereyra ilə yollarını ayıran “Fənərbaxça” hazırda 32 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşır.

 



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023