Əsgərandakı partlayışda azı 20 nəfər ölüb, 290 nəfər yaralanıb

DÜNYA

26 Sentyabr 2023 | 11:37

636 dəfə oxunub

Əsgəranda partlayış nəticəsində azı 20 nəfərin öldüyü məlumdur.

REYD xəbər verir ki, sentyabrın 25-də Əsgəranda yanacaq anbarında baş vermiş partlayış nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri ilə 290 nəfər müxtəlif tibb məntəqələrinə çatdırılıb.

Yaralılardan 7-si xəstəxanada vəfat edib, daha 13 nəfərin meyiti isə tanınmaz halda olduğu üçün tibbi ekspertizaya göndərilib.

Partlayış nəticəsində xəsarət alan insanların əksəriyyətinin vəziyyətinin ağır olduğu bildirilir.

Bundan başqa, xeyli sayda insanın itkin düşdüyü də bildirilir.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023