Ermənistanda Paşinyana sui-qəsdə çağıran siyasi fəal saxlanılıb

DÜNYA

28 Sentyabr 2023 | 15:16

233 dəfə oxunub

Ermənistanda siyasi fəal saxlanılıb.

REYD xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, Ermənistanda qərbyönlü “Milli Demokratik Qütb” siyasi blokunun nümayəndəsi, siyasi fəal Muşeq Şuşanyan saxlanılıb.

Onun saxlanılmasına səbəb kimi ölkənin Baş naziri Nikol Paşinyana qarşı sui-qəsdə çağırış göstərilib.

Hazırda Şuşanyan nəzarət altındadır və barəsində cinayət işi başlanıb.

 



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023