Ermənistan Milli Təhlükəsizlik Xidmətinin kapitanı intihar edib

HADİSƏ

19 May 2022 | 11:43

2686 dəfə oxunub

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşı intihar edib.

REYD “shamshyan.com” saytına istinadən xəbər verir ki, bu gün yerli vaxtla saat 04.00-da paytaxt İrəvanda binalardan birinin həyətində meyit aşkarlanıb.Hadisə yerinə polis və istintaqçıları cəlb olunub.

Hüquq-mühafizə orqanları meyiti tapılan şəxsin 32 yaşlı Mamikon O. olduğunu müəyyənləşdirib.

İlkin məlumata görə, Mamikon O. özünü 6-cı mərtəbədən ataraq intihar edib.

Sayt yazır ki, o, Milli Təhlükəsizlik Xidmətinin kapitan rütbəli əməkdaşı olub.

Faktla bağlı araşdırmalar davam edir, müxtəlif ekspertizalar təyin olunub.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023