Emin Hüseynov: “İmarət kompleksində yaxın vaxtlarda bərpa işlərinə başlanılacaq”

MƏDƏNİYYƏT

08 Oktyabr 2022 | 13:53

2219 dəfə oxunub

"Azad olunmuş ərazilərdə mədəni irsin qorunub saxlanması bizim digər mühüm prioritetimizdir”.

REYD xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Naftalan - Sağlamlıq və turizmin sinerji mənbəyi. Regionda yeni reallıqlar" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

O bildirib ki, hazırda Ağdamdakı Cümə və Qiyaslı məscidləri bərpa olunur, Pənahəli xanın sarayı - İmarətdə isə yaxın vaxtlarda bərpa işlərinə başlanılacaq: “Digər tərəfdən, bölgədə son 30 ildə iki müharibənin baş verməsi, ermənilərin işğal boyunca yaşayış sahələrini, abidələri vəhşicəsinə dağıtması, xalqımızın başına gətirilən müsibətlər Qarabağda eyni zamanda “qara turizmi” inkişaf etdirməyə də imkan verir. Bu məqsədlə, Ağdam və Füzuli şəhərlərində yaradılacaq Memorial Komplekslərdə dağıdılmış binalardan bəziləri saxlanılacaq ki, bu yolla həm xarici turistlərin marağını cəlb etmək, həm də gələcək nəsillər üçün xatirə saxlamaq mümkün olacaq. Artıq bu istiqamətdə “Yolumuz Qarabağa” turizm marşrutu fəaliyyətə başlayıb ki, bu yolla sərnişinlər peşəkar bələdçinin müşayiəti ilə Ağdam və Füzuli şəhərlərində törədilmiş vandalizmin şahidi olurlar və eyni zamanda tarixi, mədəni və dini abidələri ziyarət edirlər. Urbisidə məruz qalmış Ağdam şəhərinin tamamilə yenidən qurulduqdan sonra işgüzar turizm mərkəzinə çevrilməsi planı var. Eyni zamanda, Ağdamın bənzərsiz tarixi-memarlıq abidələri yeni tarixi turizm marşrutları yaradacaq”.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023