Elbrus dağında Belarus turistləri itkin düşüb

DÜNYA

23 May 2023 | 13:17

119 dəfə oxunub

Elbrus dağının Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikası ərazisinə düşən hissəsində Belarus turistlərindən ibarət 6 nəfərlik qrup itkin düşüb.

REYD xəbər verir ki, məlumatı Rusiya FHN Qaraçay-Çərkəz Respublikası üzrə Baş İdarəsi təsdiqləyib.

Məlumatda deyildiyi kimi, bu gün səhər saatlarında Rusiya FHN KXR üzrə baş idarəsinin Böhranların İdarə Edilməsi Mərkəzinin operativ növbətçi hissəsinə Karaçayevsk rayonunda, Elbrus dağının qərb yamacında 6 nəfərdən ibarət turist qrupunun yoxa çıxması barədə məlumat daxil olub.

Nazirlikdən bildirib ki, Belarusdan olan turist qrupu Rusiya FHN bölmələrində qeydiyyata alınmayıb. Hazırda itkin düşənlərin axtarışı üçün xilasedicilər, 9 nəfərdən ibarət əməliyyat qrupu, 2 ədəd texnika cəlb edilib.

Hazırda turistlərin axtarışı üçün Mİ-8 helikopterinin cəlb edilməsi məsələsi nəzərdən keçirilir.



SON XƏBƏRLƏR

31 May 2023
30 May 2023
29 May 2023
27 May 2023
26 May 2023