Əkinçilik ET İnstitutuna şagirdlərin ekskursiyası təşkil olunub

ÖLKƏ

17 Iyun 2022 | 14:42

3051 dəfə oxunub

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutuna Kaspi Kids liseyinin şagirdlərinin ekskursiyası təşkil olunub. 

REYD xəbər ​​​​​​verir ki, ekskursiyada institutun Yardımçı Təcrübə Təsərrüfatı Birliyinin Abşeron sahəsinə baxış və laboratoriyalarla tanışlıq həyata  keçirilib. 

Şagirdləri institutun direktoru Faiq Xudayev, elmi işlər üzrə direktor müavini Sevinc Məmmədova salamlayıblar. 

“Modern seleksiya və molekulyar biologiya” laboratoriyasının elmi işçisi Röya Əsgərli şagirdləri təcrübə əkinləri ilə tanış edib. Şagirdlərə institutun orta müddətli “Genbank”ı haqqında  məlumat S.Məmmədova tərəfindən izah olunub. 

Ekskursiya ərzində laboratoriya müdirləri  Qətibə Həsənova “Dənin keyfiyyəti”, Həlimə  Məmmədova  “Modern seleksiya və molekulyar biologiya”, Laçın Novruzov isə “Torpaq və bitki analizləri” laboratoriyalarının fəaliyyətindən şagirdlərə məlumat veriblər. 

Şagirdlərə institutun rəhbərliyi  tərəfindən yaradılan sortlar haqqında kitabçalar, bukletlər və s. hədiyyə olunub, xatirə şəkilləri çəkilib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023