Əkinçilik ET İnstitutu tərəfindən kinoa bitkisi toxumunun yığım prosesi davam edir - FOTO

ÖLKƏ

22 Oktyabr 2021 | 12:51

4273 dəfə oxunub

Əkinçilik Elmi-Tədqiqat İnstitutu bir neçə bölgədə, o cümlədən Abşeron Yardımçı Təcrübə Təsərrüfatında Kinoa bitkisinin səpinini həyata keçirib.

REYD xəbər verir ki, fərqli  əkin üsulları, normaları və səpin müddətləri tətbiq etməklə becərilməsi həyata keçirilən Kinoa sahəsində müxtəlif növ və yarımnövlər var. Artıq bu nümunələr üzərində seleksiya işlərinə başlanılıb. Hazırda 120 günlük növlərdə təkrar əkinlər aparılmış Kinoa sahələrində toxum yığımı hissə-hissə həyata keçirilir.

Gələcəkdə Kinoa bitkisinin yeni sortlarının yaradılması və sertfikatlı toxum istehsal etməklə fermer təsərrüfatlarında geniş sahələrdə əkilməsi planlaşdırılır.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023