Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak edib

CƏMİYYƏT

10 Noyabr 2021 | 14:12

2980 dəfə oxunub

Türkiyənin Ərzurum şəhərində keçirilmiş III Beynəlxalq Qida, Kənd təsərrüfatı və Heyvandarlıq elmləri üzrə Beynəlxalq Konfrans keçirilib.

Pressa xəbər verir ki, konfransda Əkinçilik Elmi Tədqiqat İnstitutunun əməkdaşları b.ü.f.d., dosent Təmraz Təmrazov, b.ü.f.d., dosent Seyfulla Hüseynov və b.ü.f.d., dosent Sevinc Məmmədova iştirak ediblər.

Qeyd edək ki, T.Təmrazov konfransın elmi təşkilat komitəsinə üzv seçilib. O, konfransa “Determination of high productivity and sustainability characteristics of local and introduced wheat genotypes under irrigated and abiotic stress conditions” adlı məqalə ilə müraciət edib. Təqdim etdiyi məqalə yüksək səviyyədə dəyərləndirilərək konfransın əsas bölməsində yer alıb. Məqaləyə konfransın elmi-təşkilat komitəsinin üzvüləri tərəfindən müsbət rəy verilib. 

Konfransın yekununda sertifikatlar təqdim edilib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023