Əkinçilik Elmi-Tədqiqat İnstitutunda türkiyəli alimlər tərəfindən təlimlər keçirilir

ÖLKƏ

06 Yanvar 2022 | 15:37

3798 dəfə oxunub

Azərbaycan və Türkiyənin iki elmi-tədqiqat institutlarının 2019-cu ildə “Azərbaycanda hibrid qarğıdalı toxumçuluğunun təşkili” layihəsi ilə başlamış əməkdaşlıq əlaqələri uğurla davam edir.

REYD xəbər verir ki, Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyi Adana Şərqi Aralıq dənizi Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutu arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən türkiyəli alimlər tərəfindən təlimlərin keçirilməsinə başlanılıb.

Adana Şərqi Aralıq dənizi Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun direktoru Dr. Abdullah Çil, institutun “Biotexnologiya” laboratoriyasının müdiri Dr. Ayşe Nuran Çil və laboratoriyanın əməkdaşı xanım Hacer Burun Əkinçilik ET İnstututunda olublar.  Onlar 05-20 yanvar tarixlərində Əkinçilik ET İnstitutunun “Modern seleksiya və molekulyar biologiya“ laboratoriyasında təlim keçəcəklər.

Təlimlərin məqsədi müxtəlif bitkilər üzrə klassik və molekulyar bilologiya əsasında ortaq təcrübələrin aparılması, fərqli ixtisaslar üzrə kadr hazırlığı proqramlarının qurulmasından ibarətdir. Təlim çərçivəsində molekulyar genetika, hüceyrə tədqiqatı, iqlim otağı və sürətli yetişdirmə laboratoriyaları ilə tanışlıq həyata keçirilib, istifadə olunan cihazlar haqqında məlumat verilib.

Təlim DNT izolyasiyasında istifadə olunacaq yarpaq nümunələrinin götürülməsi, mühafizəsi və DNT izolyasiyasının ilkin mərhələləri (yaş, quru nümunələrin çəkisi və s.), DNT izolyasiyasının həyata keçirilməsi, DNT-nin həll edilməsi, agaroz gel istehsalında istifadə ediləcək kimyəvi maddələrin hazırlanması, agaroz gelinin hazırlanmasının öyrənilməsi, gel konsentrasiyasının və həcmlərinin tənzimlənməsi, agaroz gel görüntüləmə sistemində istifadə ediləcək etium bromid məhlulunun konsentrasiyalarının hazırlanması, agaroz gel üzərində DNT konsentrasiyalarının və keyfiyyətlərinin vizuallaşdırılması və nanoqramla tənzimlənməsi, Qubit cihazında ölçmək üçün uyğun olan DNT konsentrasiyalarının tənzimlənməsi (tənzimlənmiş ölçünün (nanoqramın) Qubit cihazında işləmə uyğunluğunun müəyyən edilməsi), DNT konsentrasiyalarının tənzimlənməsi üçün Lampda DNT-nin hazırlanması, istifadə olunacaq primerlərin sulandırılması, tədqiqat üçün uyğun olan pikoqram səviyyəsinin tənzimlənməsi və PCR üçün tələb olunan Dntp, distillə edilmiş suyun avtoklavlanması, PCR-nin yerinə yetirilməsi və PCR protokolunun yaradılması, agaroz geldə əmələ gələn DNT zolaqlarının vizuallaşdırılması və oxunması,  agaroz geldə əmələ gələn DNT zolaqlarının etiketlənməsi və nəticələrin qiymətləndirilməsi, kapilyar elektroforez üçün ilkin hazırlıqlar, onların görüntülənməsi və oxunması və nəticələrin sənədləşdirilməsi, etiketlənməsi və hesabatı, çəkilən görüntülərin nəticələrinə görə qiymətləndirmələr aparılmaqla PCR protokolu və primer optimallaşdırma tədqiqatlarının necə aparılmasının öyrədilməsi, primer optimallaşdırmasında gradient PCR tətbiqləri və s. mövzuları əhatə edəcək.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023