Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Türkiyə şirkəti ilə toxumçuluğun inkişafına dair görüş keçirilib

Gündəm

02 Dekabr 2021 | 10:07

4301 dəfə oxunub

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Türkiyə Respublikası ProGen Tohum A.S. ilə əməkdaşlıq istiqamətində birgə fəaliyyətə dair görüş keçirilib. 

REYD xəbər verir ki, görüşdə Kənd Təsərrüfatı Nazirliyinin “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdiri İmran Cümşüdov, institutun direktoru Faiq Xudayev, şöbə müdiri Pərvanə Məmmədova, ProGen Tohum A.S. direktoru Aykut Özbuğday və istehsal üzrə direktor İsmail Abay iştirak ediblər. 

Görüş çərçivəsində İmran Cümşüdov aktual məsələlər barədə fikirlərini bildirərək xarici ölkələrdən sortlarının ölkəyə gətirilməsi və əksinə yerli sortlarımızın da xarici ölkələrdə sınaqdan keçirilməsi, kadr hazırlığı və s. istiqamətdə görülən işlərin və günün tələbi olaraq daha geniş miqyaslı olmaqla həyata keçirilməsinin zəruri olduğunu vurğulayıb.

F.Xudayev institutun tarixi, fəaliyyət istiqamətləri, mandata daxil olan bitkilər, elmi-tədqiqat işləri, tədqiqat prioritetləri, hədəflər və s. haqqında qonaqları məlumatlandırıb.

Aykut Özbuğday öz növbəsində ProGen Tohum A.S.  tarixindən bəhs edib. Bildirib ki, bu gün Özbuğday Grup'u istehsal etdiyi toxumlarla atdığı imzanın qürurunu yaşayır. 70 ilə yaxın Türkiyənin kənd təsərrüfatına xidmət etməkdə olan Progen Tohum A.S. 1995-ci ildə 100% yerli sərmayə hesabına toxum emalı müəssisəsi quraraq bir ilkə imza atıb və “çiyit əkmə toxum ək” şuarı ilə kənd təsərrüfatında yeni bir dövr başladıb. Eləcə də dünyada 10-dan çox ölkəyə ixracat həyata keçirən, keyfiyyətli məhsulları ilə dünya toxum bazarında layiq olduğu yeri alan bir türk aqro texnologiya şirkəti kimi tanınıb. O, həmçinin toxumluq buğda, toxumluq arpa, soya toxumu və s. məhsulları haqqında da məlumat verib.

Əməkdaşlıq çərçivəsində aparılan müzakirələrdən sonra müqavilə hazırlanması və onlayn görüşün həyata keçirilməsi üzrə işlərin davam etdirilməsi qərara alınıb. Görüş iştirakçıları Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Dənin keyfiyyəti laboratoriyasına baxış keçirib və iş prinsipi ilə tanış olublar. Hər iki tərəf görüşün nəticələrindən məmnunluq duyduqlarını bildiriblər.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023