Edvard Nketia “Arsenal”la müqaviləni uzatmaqdan imtina edib

İDMAN

02 Dekabr 2021 | 14:30

2594 dəfə oxunub

Edvard Nketia mövsümün sonunda “Arsenal”dan ayrılacaq.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı hücumçu İngiltərə klubu ilə müqaviləni uzatmaqdan imtina edib.

Onun növbəti dəfə yeni anlaşmadan boyun qaçırması oyun praktikasının yoxluğu ilə bağlıdır. O, cari mövsümdə cəmi 2 matça çıxıb.

Yalnız Liqa kubokunda oynayan Nketia mövsümün sonunda klubunu dəyişməyə qərar verib. Onun anlaşması 2022-ci il iyunun 30-da başa çatacaq.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023