DYP işçi qəbulu elan edib

CƏMİYYƏT

01 Dekabr 2021 | 10:44

2611 dəfə oxunub

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Qeydiyyat-imtahan idarəsinin kiçik inspektoru (“ASAN xidmət” mərkəzinin səyyar xidməti üzrə) vəzifəsində xidmət aparılması üçün qəbul elan edilir.

DYP-dən verilən məlumata görə, xidmətə ali təhsilli, sürücülük hüququna malik, aydın nitq qabiliyyəti olan, yaşı 25-dək, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilən ağır cinayətlərə görə məhkum olunmayan, Bakı şəhərində daimi qeydiyyatda olan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Müraciət etmək istəyən şəxslər 01.12.2021-ci il tarixdən 25.12.2021-ci il tarixədək hər iş günü saat 10:00-dan 17:00-dək Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Kadrlar şöbəsinə (Bakı şəhəri, Xırdalan– Binəqədi şosesi 4) aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər.


şəxsiyyət vəsiqəsi

təhsil haqqında sənəd

hərbi bilet

əmək kitabçası (olduğu halda)

sürücülük vəsiqəsi

məhkumluğunun olmaması barədə arayış


Əlaqə telefonları: +99412 590 81 10, +99412 590 81 39



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023