Dünyada ilk dəfə Ukraynaya “F-16” qırıcılarını Niderland verəcək

DÜNYA

23 May 2023 | 11:46

128 dəfə oxunub

Dünyada ilk dəfə olaraq Ukraynaya “F-16” qırıcıları Niderland krallığı tərəfindən tədarük ediləcək.

REYD “RBK- Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müşaviri Yuri Sak bildirib.

Onun sözlərinə görə, Niderlandın artıq istifadə etmədiyi 18 “F-16”sı mövcuddur: “Həmin qırıcılar Ukraynaya tədarük edilə bilər. Əvvəlcə, onların özəl şirkətlərə verilməsi planlaşdırılırdı, ancaq bu proses təxirə salınıb”.

Məlumata görə, Avropa İttifaqının yüksək rütbəli rəsmiləri Ukrayna hərbçilərinin bu ilin payızına kimi “F-16” qırıcıları qəbul edəcəyini istisna etməyiblər.



SON XƏBƏRLƏR

31 May 2023
30 May 2023
29 May 2023
27 May 2023
26 May 2023