Dünya reytinqində “Qarabağ” mövqeyini qoruyub, “Neftçi” irəliləyib

İDMAN

13 Iyul 2022 | 14:16

2523 dəfə oxunub

Klubların dünya sıralaması müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, IFFHS-in açıqladığı reytinqdə Azərbaycanın yenə iki klubu yer alır.303 klubun yer aldığı cədvəldə ölkəmizi “Qarabağ” və “Neftçi” təmsil edir. Mayda dünyanın ilk “100-lüy”ünə düşən “Qarabağ” 89-cu pillədəki mövqeyini qoruyub. Ağdam təmsilçisinin aktivində 141,5 xal var.

“Neftçi” isə 1 pillə irəliləyərək, 234-cü yerə yüksəlib. “Ağ-qaralar” 81 xala malikdir. Bakılılar “CSYD Atlas”la (Meksika) eyni yeri bölüşdürür.

Reytinqin zirvəsində dəyişiklik olmayıb. Braziliya klubu “Palmeyras” (322 xal) liderliyini qoruyub. İlk “üçlüy”ün digər sakinləri də Braziliya təmsilçiləridir. “Flamenqo” (301) və “Atletiko Mineyro” (293) bir addım irəliləyərək, müvafiq olaraq 2-3-cü pillələrdə qərarlaşıb.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023