Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb

İQTİSADİYYAT

04 Oktyabr 2022 | 17:40

1767 dəfə oxunub

Dünya Bankı (DB) Azərbaycanda iqtisadi artımla bağlı proqnozunu yaxşılaşdırıb.

REYD xəbər verir ki, bu barədə “Avropa və Mərkəzi Asiya İqtisadi Yeniləmə” hesabatında qeyd edilib.

Dünya Bankı iyun proqnozu ilə müqayisədə 2022-ci il üçün ümumi daxili məhsul (ÜDM) istehsalının artım proqnozunu 1,5% artıraraq 4,2 % müəyyən edib.

Bank 2023-cü il üzrə iqtisadi artım proqnozunu isə 0,6% yaxşılaşdıraraq 2,8 %-ə çatdırıb. Dünya Bankı 2024-cü ildə isə Azərbaycan iqtisadiyyatının 2,6 % artacağını proqnozlaşdırıb.

 



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023