DİN: "Xaçmazda anasını balta ilə qətlə yetirən şəxsin axtarışı davam etdirilir"

HADİSƏ

19 Yanvar 2022 | 13:55

7556 dəfə oxunub

Xaçmazda anasını balta ilə qətlə yetirən Ramiz Sultanovun axtarışı davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, yanvarın 13-ü Xaçmaz rayonunun Əzizli kənd sakini Ramiz Sultanov anasını qətlə yetirərək hadisə yerini tərk edib. Həmin şəxsin saxlanılması üçün polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.

"Ramiz Sultanov ruhi xəstədir. Həmin şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 722-27-99 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur. Məlumat verən şəxsin anonimliyi təmin olunacaq", - məlumatda qeyd edilib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023