DİN: Radikal dini şüarların təbliği yolverilməzdir

ÖLKƏ

02 Avqust 2022 | 11:00

1045 dəfə oxunub

DİN Xəzər rayonu Binə qəsəbəsində yaşayan qadının polis tərəfindən təzyiqə məruz qalması iddialarına münasibət bildirib.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev deyib ki, ölkədə dini adət-ənənələr, inanclı insanların əqidələrinə hörmət və ehtiram həyat tərzidir, bu dəyərlərin kənardan kimlərsə tərəfindən qəsdən pozulmasına yönələn cəhdlər var və buna imkan verilməyəcək.“Polis xalqdan ayrı deyil – biz bu xalqın övladlarıyıq, hər bir vətəndaşın inancına və dünyagörüşünə ehtiram göstərilir. Xəzər rayonu Binə qəsəbəsində yaşayan qadının polis haqqında iddiaları əsassızdır, ona qarşı heç bir təzyiq edilməyib. Radikal dini şüarların təbliği, ictimai yerlərdə hansısa yazıların və dövlət bayrağından başqa digər bayraqların qaldırılması yolverilməzdir.

Bütün bunları nəzərə alaraq, həmin şəxslərlə polis tərəfindən müvafiq izahedici söhbətlər aparılmaqla islami tələblərin yerinə yetirilməsində dünyəvi dəyərlərə əməl edilməsi, qanun və qaydalara riayət edilməsi tövsiyə olunub. Polis tərəfindən qanun və qaydaları pozmayan şəxslərə qarşı hansısa hüquqi-profilaktik tədbir görülmür”, - DİN rəsmisi əlavə edib.



SON XƏBƏRLƏR

05 Oktyabr 2022
04 Oktyabr 2022
03 Oktyabr 2022