DİN Bakıda şirkət əməkdaşının törətdiyi qəza ilə bağlı məlumat yayıb

HADİSƏ

19 Yanvar 2022 | 13:56

2714 dəfə oxunub

Daxili İşlər Nazirliyi (DİN) Bakının Binəqədi rayonu ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən "Report"a daxil olan məlumatda deyilir:

"Yanvarın 18-də saat 7 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakinləri - Firudin Əsədovun idarə etdiyi “Hyundai” və Elşən Eyvazovun idarə etdiyi “VAZ-2109” markalı avtomobillər toqquşub. Nəticədə E.Eyvazov və sərnişinləri - Xanəhməd Əlibəyov və Zaur Həsənov hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilən digər bir sərnişinin vəziyyəti qənaətbəxşdir.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, F.Əsədovun idarə etdiyi avtomobil “Səba” ASC-yə məxsusdur.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023