Çində birinci rübün iqtisadi göstəriciləri açıqlanıb

İQTİSADİYYAT

21 Aprel 2022 | 08:19

2938 dəfə oxunub

2022-ci ilin ilk rübündə ölkədə 4,8% iqtisadi artım qeydə alınıb.

REYD-in xəbərinə görə, bu barədə Çinin Milli Statistika Bürosunun son açıqlamasında bildirilir.Mart ayında yoluxmalar kəskin artdığı üçün Şençjen və Şanxayda milyonlarla insan karantin şəraitində yaşayır. Bu da ötən rübün iqtisadi nəticələrinə təsirsiz ötüşməyib.

Ölkədə ötən rübdə yeni sərmayə və işsizlik göstəricisi də dəyişib. İşsizlik göstəricisi 5,5%-dən 5.8%-ə yüksəldiyi halda, yeni sərmayələrin həcmi dekabr ayı ilə müqayisədə 9,3% artıb. Halbuki dekabrda artım 12%-dən çox idi. İşsizliyə gəldikdə isə, çinli statistiklər yalnız şəhər əhalisini nəzərə alırlar.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023