Çempionlar Liqası: "Barselona" ilk dəfə ardıcıl 3 ev oyununda uduzub

İDMAN

15 Sentyabr 2021 | 09:46

2319 dəfə oxunub

İspaniyanın "Barselona" klubu tarixində ilk dəfə Çempionlar Liqasındakı ardıcıl 3 ev oyununda məğlub olub.

REYD-in məlumatına görə, Kataloniya təmsilçisi son olaraq evdə E qrupunun qarşılaşmasında Almaniya "Bavariya"sına 0:3 hesabı ilə uduzub.

Komanda 2021-ci ilin yanvarında Fransa PSJ-si ilə görüşdən, 2020-ci dekabrında isə İtaliya "Yuventus"u ilə qarşılaşmadan məyus ayrılıb.

"Barselona" bu matçlarda müvafiq olaraq 1:4 və 0:3 hesabları ilə üzləşib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023