“CanSat Azərbaycan 2023” tələbə model peyk müsabiqəsinə qeydiyyat başa çatıb

Gündəm

19 Yanvar 2023 | 16:56

1244 dəfə oxunub

Azərkosmosun Elm və Təhsil Nazirliyi ilə birgə təşkil etdiyi “CanSat Azərbaycan 2023” tələbə model peyk müsabiqəsinə qeydiyyat başa çatıb.

REYD Türkiyə Statistika Qurumuna istinadən xəbər verir ki, müsabiqə üzrə ümumilikdə 14 təhsil müəssisəsindən 42 komanda qeydiyyatdan keçib. Onlardan 32-si şərtləri tam yerinə yetirərək beşinci “CanSat Azərbaycan”ın növbəti – “Layihələndirmə” mərhələsində iştirak hüququ qazanıb.

Müsabiqədə paytaxt və bölgələrdə yerləşən ali təhsil müəssisələrinin – ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Xəzər Universiteti, Fransa-Azərbaycan Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti, Odlar Yurdu Universiteti, Naxçıvan Dövlət Universiteti, Sumqayıt Dövlət Universitetinin komandaları iştirak edir. Komandaların tərkibi əsasən elektronika, mexanika, proqramlaşdırma, kommunikasiya üzrə bilik və bacarıqlara malik, bakalavr və magistr səviyyələrində təhsil alan tələbələrdən ibarətdir.

Bu mərhələdə komandalar model peykin eskiz layihəsini, hissə və mexanizmlərinin ilkin ölçülərini, istifadə olunacaq komponentlər barədə məlumatları müsabiqənin saytının “Sənədlər” bölməsində yerləşdirilmiş “Layihələndirmə sənədinin şablonu” əsasında hazırlamalı və 5 mart 2023-cü il tarixindən gec olmayaraq hesablarına daxil olmaqla sayta yükləməlidirlər.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023