Burkina-Fasoda çevirilişdən sonra prezident seçildi

DÜNYA

06 Oktyabr 2022 | 09:06

1728 dəfə oxunub

Burkina-Fasoda hakimiyyəti ələ keçirən hərbçilərin lideri, kapitan İbrahim Traore rəsmən ölkə prezidenti və silahlı qüvvələrin ali komandanı vəzifəsinə təyin edilib.

REYD xəbər verir ki, bu barədə çərşənbə günü “France-Presse” (AFP) məlumat yayıb.Ölkə konstitusiyasını müvəqqəti əvəz edən Təsis Aktında deyilir:

“Qoruyucu və Vətənpərvərliyin Bərpası Uğrunda Hərəkatının prezidenti dövlət başçısı və ölkənin silahlı qüvvələrinin ali komandanı kimi fəaliyyət göstərir”.

Sentyabrın 30-da bir qrup hərbçi polkovnik Pol-Henri Sandaoqo Damibanı ölkə prezidentliyindən uzaqlaşdırıb.

Hakimiyyəti ələ keçirən hərbçilər hökumətin buraxıldığını, konstitusiyanın fəaliyyətinin dayandırıldığını və istənilən siyasi fəaliyyətin dayandırıldığını elan etdilər.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023