Bu ilin yanvar-may ayları ərzində 33 hərrac keçirilib

ÖLKƏ

14 Iyun 2022 | 16:45

2551 dəfə oxunub

Bu ilin yanvar-may ayları ərzində 33 hərrac keçirilib. Hərraclarda 13 səhmdar cəmiyyətinin səhm paketi, 9 kiçik dövlət müəssisəsi və obyekti, 1 yarımçıq tikili, 273 nəqliyyat vasitəsi özəlləşdirilib.

Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, cari ilin ilk 5 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 187 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 55 onlayn qoşulma reallaşıb. 2022-ci ilin yanvar-may ayları ərzində hərrac vasitəsilə 11 faydalı qazıntı yatağı istismara verilib.

Bu ilin yanvar-may ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 17,7 milyon manatdan çox olub.

Bu ilin yanvar-may ayları ərzində dövlət əmlakının icarəyə verilməsi sahəsində yüksək nəticələr əldə edilib. Daşınmaz dövlət əmlakının səmərəli istifadə edilməsi və icarədən yayınmış obyektlərin icarəyə cəlb edilməsi məqsədilə aparılmış nəzarət və maarifləndirmə tədbirləri nəticəsində bağlanılmış icarə müqavilələrinin sayında artım qeydə alınıb. Belə ki, ilin ilk 5 ayı ərzində ümumilikdə 1 539 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 393-ü qeyri-yaşayış sahələri üzrə, 1 146-sı isə torpaq sahələrinə dair olub. 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə yeni icarə müqaviləsi 987 ədəd və ya 2,8 dəfə çoxdur.

Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən bu ilin ilk 5 ayı ərzində dövlət büdcəsinə ümumilikdə 10,3 milyon manata yaxın vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, bu ilin yanvar-may ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən ümumilikdə 28 milyon manat vəsait büdcəyə ödənilib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023