Bu il 106 uşaq övladlığa verilib

ÖLKƏ

21 Iyun 2022 | 14:28

233 dəfə oxunub

“Valideyn-himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə övladlığagötürmə ilə bağlı 2020-ci ildə 157 müraciət, 2021-ci ildə bundan 2,4 dəfə çox olmaqla 378 müraciət daxil olub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyindən bildirilib. Qeyd edilib ki, ümumilikdə bu günədək “Valideyn-himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə 691 müraciət daxil olub.

2019-cu ilin noyabrın 1-dən etibarən 254 uşaq övladlığa verilib, onlardan 131-i oğlan, 123-ü qızdır. Onlardan 106 uşaq 2022-ci ildə övladlığa verilib.

Bildirilib ki, 2021-ci ilin əvvəlindən valideyn himayəsindən məhrum olmuş uşağa görə aylıq müavinət təsis edilib. Yeni sosial islahat paketi çərçivəsində həmin müavinət də 2022-ci ilin əvvəlindən 25% artırılaraq, övladlığa götürülən valideyn himayəsindən məhrum olmuş uşağa görə 160 manatdan 200 manata, sağlamlıq imkanları məhdud uşağa görə 480 manatdan 600 manata çatdırılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Bundan sonra “Valideyn-himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi yaradılmaqla, övladlığagötürmə sahəsində idarəetmə təkmilləşdirilərək, bu sahədə yeni müasir idarəetmə mexanizmi yaradılıb, övladlığagötürmə prosesinin əlçatanlığı, operativliyi və şəffaflığı təmin olunub.



SON XƏBƏRLƏR

27 Iyun 2022
25 Iyun 2022
24 Iyun 2022
23 Iyun 2022
22 Iyun 2022
21 Iyun 2022
20 Iyun 2022
17 Iyun 2022
15 Iyun 2022
14 Iyun 2022