Bu gün Lənkərana qaz verilişində fasilə yaranacaq

ÖLKƏ

27 Sentyabr 2023 | 10:33

270 dəfə oxunub

Bu gün saat 10:00-dan təmir-quraşdırma işləri başa çatanadək Lənkəran rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə REYD-ə Azəriqaz İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, payız-qış mövsümünə hazırlıqla əlaqədar 27 sentyabr saat 10:00-dan işlər başa çatanadək Lənkəran rayonunun Girdəni kəndi istiqamətində gedən orta təzyiqli qaz xətti üzərində quraşdırılmış qaz tənzimləyici qurğunun yenisi ilə əvəz olunması, həmçinin adıçəkilən rayonun Qurunba kəndində yerləşən Cəzaçəkmə müəsisəsinin qazlaşdırılması ilə bağlı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi məqsədilə "Lənkəran 1 və 2” və "RVU-2 (Lənkəran)" ölçü qovşaqlarından qaz təchizatınının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri aparılan zaman Lənkəran rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023