Britaniyada Kraliçanı öldürmək istəyən şəxs vətənə xəyanət ittihamını boynuna alıb

DÜNYA

03 Fevral 2023 | 17:00

188 dəfə oxunub

Britaniyada Kraliçanı öldürmək istəyən şəxs vətənə xəyanət ittihamını boynuna alıb.

REYD-in London müxbiri xəbər verir ki, Caysvant Sinqx Çeil adlı şəxs 2021-ci il dekabrın 25-də mərhum monarx II Elizabetin Vindzor qəsrində olduğu zaman onu öldürməyə cəhd edib.

Bu gün o, 1842-ci il Xəyanət Aktının ikinci maddəsi üzrə, hücum silahına sahib olmaq və öldürməklə hədələmək ilə bağlı ittihamları boynuna alıb.

Qeyd edək ki, o, Vindzor qəsrinə arbaletlə silahlanaraq getmiş və mühafizə zabitinə “Mən kraliçanı öldürməyə gəlmişəm” demişdi.

21 yaşlı gənc, Böyük Britaniyada 1981-ci ildən bəri dövlətə xəyanətdə mühakimə olunan ilk şəxsdir.

Onun barəsində martın 31-də məhkəmədə hökm oxunmalıdır.

 



SON XƏBƏRLƏR

25 Mart 2023
24 Mart 2023
23 Mart 2023
22 Mart 2023
21 Mart 2023