Britaniya Kəşfiyyatı: Rusiya son 3 ayda SSRİ-nin Əfqanıstandakı 9 illik itkiləri qədər əsgər itirib

DÜNYA

23 May 2022 | 09:52

4796 dəfə oxunub

Rusiya “xüsusi hərbi əməliyyatının” ilk üç ayında çox güman ki, Sovet İttifaqının Əfqanıstanda doqquz illik müharibəsi zamanı məruz qaldığı qədər hərbçi itkisinə məruz qalıb.

REYD-in xəbərinə görə, bu, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub.Bildirilib ki, aşağı səviyyəli zəif taktikaların, məhdud hava dəstəyinin, çeviklik çatışmazlığının və uğursuzluğu gücləndirərək səhvləri təkrarlamağa səbəb olan komanda yanaşmasının kombinasiyası bu cür çoxsaylı itkilərə səbəb olub.

Qeyd olunub ki, eyni səbəblərə görə Rusiyanın Donbasa hücumu zamanı itkiləri artmaqda davam edir.

Məlumatda vurğulanıb ki, Rusiya ictimaiyyəti, keçmişdəki müharibələr zamanı məruz qaldığı itkilərə qarşı həssas olduğunu sübut edib.

Vurğulanıb ki, Ukraynadakı itkilər artmağa davam etdikcə, rusiyalılar müharibəyə görə narazılığı daha açıq şəkildə və ictimai qaydada səsləndirəcəklər.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023