Britaniya kəşfiyyatı: Rusiya Severodonetskin böyük hissəsinə nəzarəti ələ keçirib

DÜNYA

15 Iyun 2022 | 11:18

292 dəfə oxunub

Bir aydan çox davam edən şiddətli döyüşlərdən sonra Rusiya qüvvələri Severodonetskin böyük hissəsinə nəzarəti ələ keçirib.

Pressa-nın xəbərinə görə, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub. Bildirilib ki, Rusiyanın şəhər döyüşləri taktikası artilleriyadan güclü istifadəyə əsaslanır ki, bu da bütün şəhər boyunca genişmiqyaslı ölümlərə və dağıntılara səbəb olur.

Məlumatda qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinin elementləri yüzlərlə mülki şəxslə birlikdə Severodonetskin sənaye zonasında yerləşən “Azot” zavodunun bunkerlərinə sığınıblar.Əlavə olunub ki, Rusiya qüvvələri “Azot” zavodunun daxilində və ətrafında qalmalı olacaqlar ki, bu da həmin bölmələrin yeni tapşırıqların icrası üçün digər yerlərə göndərilməsinin qarşısını müvəqqəti alacaq.

Məlumatda vurğulanıb ki, Rusiya ehtimal ki, işğalın orijinal planlaşdırılması zamanı bu cür güclü müqavimət və ya yavaş, aşındırıcı münaqişə gözləməyib.



SON XƏBƏRLƏR

27 Iyun 2022
25 Iyun 2022
24 Iyun 2022
23 Iyun 2022
22 Iyun 2022
21 Iyun 2022
20 Iyun 2022
17 Iyun 2022
15 Iyun 2022
14 Iyun 2022