Braziliyada mer iş yerində güllənərək öldürülüb

DÜNYA

25 Noyabr 2022 | 10:00

1712 dəfə oxunub

Braziliyanın Lajeado du-Buqre şəhərinin meri Robert Masiela dos Santos iş yerində güllələnib.

REYD xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Merin mühafizəçilərinin sözlərinə görə, maskalı və silahla naməlum şəxs Santosun ofisinə girərək atəş açıb.

Daha sonra atəş açan şəxs avtomobilə minib qaçıb.

Məmur yerindəcə dünyasını dəyişib.

Bundan əlavə, hücumçunun şəhər administrasiyasının əməkdaşına da atəş açdığı qeyd edilir.

Zərərçəkmiş güllə yarası ilə xəstəxanaya yerləşdirilib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023