BQXK ötən ay 95 nəfərin Laçın yolu ilə köçürülməsinə şərait yaradıb

ÖLKƏ

02 Fevral 2023 | 14:35

653 dəfə oxunub

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Laçın yolu boyunca təcili tibbi yardım xidmətlərinin fasiləsiz fəaliyyətini təmin etmək üçün çalışır.

REYD xəbər verir ki, bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin açıqladığı məlumatda deyilir.Qeyd olunub ki, BQXK təcili tibbi yardıma ehtiyacı olan 60 xəstənin təhlükəsiz keçidini təmin edib: “Həmçinin, komandalarımız tibb müəssisələrinə dərmanlar, uşaq qidaları və ərzaq çatdırıblar.

Keçən ay 8 xəstəxanaya, fiziki reabilitasiya mərkəzinə, 300-dən çox yaşlıya qulluq edən müəssisəyə, uşaqlar üçün mərkəzə ərzaq və gigiyena vasitələri payladıq. Bundan əlavə, ehtiyacı olan hamilə qadınlara ərzaq bağlamaları və gigiyena vasitələri paylamağa başladıq.

Bu vəziyyət bəzi şəxslərin öz ailələrindən ayrı düşməsinə səbəb olduğu üçün yanvarın əvvəlindən 95 nəfərin Laçın dəhlizi ilə köçürülməsinə şərait yaratdıq. Bu, tərəflərin razılığı və ailə üzvlərinin istəkləri əsasında həyata keçirilir”.



SON XƏBƏRLƏR

25 Mart 2023
24 Mart 2023
23 Mart 2023
22 Mart 2023
21 Mart 2023