Bölgələrdə fermerlərə maarifləndirici təlimlər keçirilir-FOTO

ÖLKƏ

11 Oktyabr 2021 | 15:02

7161 dəfə oxunub

Bu gündən Dövlət Toxum Fondu və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun birgə tərəfdaşlığı ilə respublikanın müxtəlif bölgələrində payızlıq əkin mövsümünə hazırlıq məqsədilə fermerlərin maarifləndirilməsi ilə bağlı təlim-seminarların keçirilməsinə start verilib.

REYD xəbər verir ki, “Payızlıq əkinlərdə toxum seçimi və aqrotexniki qulluğun göstərilməsi” mövzusunda ilk seminar-təlim Qobustan Toxum Emalı Zavodunda baş tutub.

Dövlət Toxum Fondunun şöbə müdiri Akif Əkbər bildirib ki, fermerlər yüksək məhsul əldə etmək üçün toxumun səpin keyfiyyətinə xüsusi diqqət yetirirlər. Bugünkü təlim bölgələrə uyğun sortların seçilməsinin əhəmiyyəti, toxumla yayıla bilən xəstəliklər və onlara qarşı mübarizə tədbirlərinin aparılması, istehsal olunan toxumun kondisiyaya çatdırılması və digər mövzuları əhatə edib.

Hazırda respublikamızın hər yerində, o cümlədən dəmyə bölgələrdə dənli bitkilər üzrə ilkin toxumçuluğun inkişaf etdirilməsi istiqamətində mühüm işlər aparılır. Bölgədə fermerlərin əkin sahələrində daha çox becərilən buğda va arpa sortları haqqında seminar iştirakçılarına ətraflı məlumat verilib. 

Seminarda Dövlət Reyestrində qeydiyyatda olan sortlar və sertifikatlaşdırılmış  toxumların tətbiqi, toxum istehsalı məqsədi ilə əkilmiş sahəyə aqrotexniki qulluğun göstərilməsi, müxtəlif bölgələrə uyğun arpa və buğda sortlarının əldə edilməsi, məhsuldar və quraqlığa davamlılığı,  növbəli əkin sisteminin tətbiqi mövzularında təqdimatlar keçirilib. Təlimin sonunda fermer və toxumçulara maarifləndirici kitabçalar paylanılıb, fikir mübadiləsi aparılıb, fermerlərin sualları cavablandırılıb. 

Qeyd edək ki, növbəti təlim-seminar oktyabrın 7-də Tovuzda təşkil olunacaq.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023