Bəxtiyar Hacıyev azadlığa buraxılmayıb

ÖLKƏ

24 Yanvar 2023 | 16:42

268 dəfə oxunub

Bəxtiyar Hacıyevin girov müqabilində azadlığa buraxılmaması ilə bağlı qərardan verilmiş şikayətə baxılıb.

REYD xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda şikayət əsassız hesab olunub.

Məhkəmə Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri ittiham irəli sürülüb.

Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib.



SON XƏBƏRLƏR

25 Mart 2023
24 Mart 2023
23 Mart 2023
22 Mart 2023
21 Mart 2023